Bakı. İlhamə İsabalayeva - Trend:
BMT Könüllülük Proqramı və Gənclər və İdman Nazirliyi arasında “Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı" niyyət məktubunun imzalanma mərasimi keçirilib.
Trend-in məlumatına görə, imzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, BMT Könüllülük Proqramının İcraçı Koordinatorunun müavini Toily Kurbanov və qurumun Avropa ölkələri üzrə koordinatoru Kristina Plesoianudan ibarət nümayəndə heyəti iştirak edib.