...

BMqT: Azərbaycandakı məcburi köçkünlər də beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar

Cəmiyyət Materials 19 İyun 2017 11:16 (UTC +04:00)
Azərbaycandakı məcburi köçkünlər də yalnız BMT-nin Miqrasiya Təşkilatının (BMqT) tərəfindən deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar.
BMqT: Azərbaycandakı məcburi köçkünlər də beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycandakı məcburi köçkünlər də yalnız BMT-nin Miqrasiya Təşkilatının (BMqT) tərəfindən deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak jurnalistlərə deyib.

Dünyada təqribən 250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrantın olduğunu açıqlayan S.Aktoprakın sözlərinə görə, ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu ölkələrin çeşidliliyi artır:

"Azərbaycan da inkişaf etdikcə - hamımız şahidiyik ki, inkişaf edir - Azərbaycana da çoxlu ölkələrdən miqrantlar gələcəklər. Biz miqrantların gəlməsindən qorxmalı deyilik. Birincisi, Dövlət Miqrasiya Xidməti bunlara hazırdır. İkincisi də, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də, həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti