...

İYULUN 10-DA ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURASINA QƏBUL İMTAHANLARININ II MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 8 İyul 2005 20:09 (UTC +04:00)

İyulun 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2005-2006-cı tədris ilində ali məktəblərin magistraturasına qəbul imtahanlarının II mərhələsini keçirəcək.Bu barədə Trend agentliyinə TQDK-də bildirilib.

İmtahanda I mərhələdə 50-dən yuxarı bal toplayan iddiaçılar iştirak edəcək.II mərhələyə buraxılan iddiaçılar iyulun 9-da öz sənədlərini təqdim etdikləri Sənədlərin Qəbulu üzrə Komissiyadan imtahanların II mərhələsi üçün tərtib olunmuş "İmtahana buraxılış" və "Bakalavrın yaddaş kitabçası" nı alacaqlar.

İmtahanların keçirilməsi üçün Bakıda 6 bina, Naxçıvanda isə 1 bina ayrılıb. TQDK-də bildirilib ki, bakalavrların yazılı işləri müxtəlif ali məktəblərin mütəxəssisləri tərəfindən anonim olaraq yoxlanılacaq.

Xəbər lenti

Xəbər lenti