...

SƏHİYYƏ NAZİRLİYİ 40 TƏCİLİ YARDIM MAŞINI ALIB

Cəmiyyət Materials 12 Avqust 2005 13:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 40 təcili yardım maşını alıb. Nazirlikdən Trend ə verilən məlumata görə, maşınlar Dünya Bankının (DB) maliyyələşdirdiyi Azərbaycanın Səhiyyə sistemində istlahatlar layihəsi çərçivəsində alınıb.

30 UAZ və 10 QAZ markalı maşın layihənin həyata keçirildiyi 5 pilot rayonundakı (Sayan, Şəmkir, Şərur, Xaçmaz və Göyçay) sağlamlıq mərkəzləri arasında bölüşdürüləcək.

Nazirlikdən verilən məlumata görə, nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 stasionar və 5 səyyar rəqəmli flüoqraf aparatları alıb. Bü günlərdə həmin texniki vəsaitlər Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Lənkəranın tibb müəssisələrinə paylanılacaq.

Xəbər lenti

Xəbər lenti