...

DÖVLƏT QƏBULU ÜZRƏ TƏLƏBƏ KOMİSSİYASI ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ SƏNƏDLƏRİN QƏBULUNUN İKİNCİ MƏRHƏLƏSİNƏ BAŞLAYIB

Cəmiyyət Materials 25 Avqust 2005 18:52 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2005-2006-cı tədris ili üçün Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinə sənəd qəbulunun ikinci mərhələsinə başlayır.

Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, abituriyentlər avqustun 26-dan sentyabrın 4-dək (şənbə və bazar günləri də daxil olmaqla) öz sənədlərini orta ixtisas məktəblərinin nəzdində yaradılmış sənəd qəbulu üzrə komissiyaya təqdim edə bilərlər.

Cari ildə 53 dövlət və 4 qeyri-dövlət orta ixtisas məktəbinin 92 ixtisası üzrə 9212 (xüsusi qabiliiyyət tələb edən ixtisaslar istisna olmaqla) plan yeri ayrılmışdı, onlardan 7670 yer I mərhələdə doldurulub. Sənəd qəbulunun II mərhələsinə 2336 yer qalıb.

Onlardan dövlət orta ixtisas məktəblərinə 1886 yer (888-i pulsuz, 998 -pullu)ayrılıb. Plan yerlərinin 1607-si Azərbaycan, 58-i rus bölməsinin payına düşür, 671 yer üzrə isə müsabiqə keçiriləcək.

Abituriyentlər hər ixtisas üzrə 20 suala (cəmi 40) cavab verməlidir. İmtahanın müddəti 2 saatdır.

Xəbər lenti

Xəbər lenti