...

Boksçu Asim İsgəndərov dünya birinciliyinin gümüş mükafatını qazanıb

Cəmiyyət Materials 20 Oktyabr 2005 12:28 (UTC +04:00)

"Azərbaycan boksçusu Asim İsgəndərov (86 kq) Liverpulda başa çatmış gənclər arasında dünya birinciliyində gümüş medal qazanıb".

Trend in xəbər verdiyi kimi, finalda o, amerikalı İ.Tomasa uduzaraq ikinci yerlə kifayətlənib. Daha 4 idmançımız isə dörddə bir final uğrunda döyüşlərdə geri çəkiliblər. Elnur Əliyev (52 kq) kubalı Lopesə, İsmət Eynullayev (54 kq) rusiyalı B.Saraxacana, Famil Süleymanov qazaxıstanlı rəqibinə, Hacıağa Salahov (66 kq) isə kubalı D.Cunqiyə məğlub olaraq bürünc medala layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti