...

Gənclər, idman və turizm nazirinin müavini BMT çərçivəsində ilmanın inkişafı üzrə Büronun işində iştirak edib

Cəmiyyət Materials 12 Dekabr 2005 18:24 (UTC +04:00)

Gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov İsveçrənin Maqlingen şəhərində keçirilən BMT çərçivəsində idmanın inkişafı üzrə Büronun işində iştirak edib.

İdarənin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, Büro sessiyasında idmanın inkişafına dövlət yardımına diqqət ayırıb aə müxtəlif nümayəndələrin məruzələrini dinləyib. A.Əsgərov məcburi köçkün olan idmançıların problemləri ilə məşğul olan "Right to play" proqramı üzrə məruzə təqdim edib. Bu problem Azərbaycan üçün yad deyil. Təkcə onu demək kiyayətdir ki, taekvando üzrə 2002-ci ilin Dünya çempionatının və Avropa çempionunun ikiqat çempionu Niyaməddin Paşayev əvvəllər Qubadlıda yaşayıb.

Eyni zamanda, Büronun iclasının gündəliyində əsas məsələlər yaxın 3 il ərzində BMT çərçivəsində dünyada idmanın inkişafı və strukturu proqramının müzakirəsi olub.

Xəbər lenti

Xəbər lenti