...

Taekvando üzrə Azərbaycan çempiontı rekord vurur

Cəmiyyət Materials 14 Yanvar 2006 12:46 (UTC +04:00)

Yanvarın 13-də İdman Sarayında start verilən taekvando üzrə Azərbaycan çempiontı iştirakçıların sayına görə rekord vurur.

Milli Federasiyanın birinci vitse-prezidenti Fizuli Musayevin Trend ə verdiyi xəbərə görə, bu idman növü üzrə çempionatda 527 idmançı mübarizə aparır ki, bu da yüsək göstəricidir.

"Son vaxtlara qədər keçən ilki birincilik iştirakçıların sayının çoxluğuna görə rekord sayılırdı. Lakin indiki çempionat daha yüksək göstəriciyə malikdir. Eyni sözləri komandaların sayı haqqında da demək olar. Bu çempionatda 58 komanda iştirak edir ", - deyə o qeyd edib.

Maraqlısı isə odur ki, yuxarı yaş qrupundan olan idmançılar arasında yarışlara 206, gənclər arasında keçirilən yarışlara isə 321 idmançı qoşulub.

Xəbər lenti

Xəbər lenti