...

Allahşükür Paşazadə: Qafqaz müsəlmanları İdarəsi Həcc ziyarətinin həyata keçirilməsi şərtlərinin yaxşılaşdırılması üçün yollar axtarır

Cəmiyyət Materials 16 Fevral 2006 19:15 (UTC +04:00)

Qafqaz müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinin həyata keçirilməsi şərtlərinin yaxşılaşdırılması üçün yollar axtarır. Bu barədə Trend ə QMİ sədri, şeyxulislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, hər il ziyarətin təşkil edilməsi zamanı QMİ bir çox problemlərlə üzləşir. Bu problemlərdən biri ziyarətə təyyarə ilə gedən zəvvarların depozit ödənişi ilə bağlıdır. Şeyxulislam bildirib ki, Səudiyyə Ərəbistanına birbaşa reyslər yoxdur, bununla əlaqədar onlar hər bir sərnişin üçün $140 depozit tələb edir. Onun sözlərinə görə, ötən il QMİ $612 min ödəyib. Bu, QMİ üçün böyük çətinliklər törədir və biz Səudiyyə Ərəbistanı ilə birbaşa reyslərin həyata keçirilməsinə dair müqaviləsi olan digər ölkələrin təyyarələrini axtarmalı oluruq. Şeyxulislam hesab edir ki, hər il təyyarə ilə nə qədər insanın ziyarətə getmək istəydiyini bilmədən bu qədər pul ödəmək düzgün deyil.

O, həm də zəvvarların avtobus nəqliyyatı ilə getməsinin təşkili səviyyəsindən narazılığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda sərnişinlərin avtobuslarla daşınması ilə məşğul olan potensiallı şirkətlər yoxdur, belə şirkətlər zəvvarlar üçün 100 avtobus təqdim edə bilərdi.

Xəbər lenti

Xəbər lenti