...

ABŞ Qəzza zolağında üzən körpünün tikintisini başa çatdırıb

Dünya xəbərləri Materials 8 May 2024 07:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Qəzza zolağının sahillərində humanitar yardımların qəbulu üçün nəzərdə tutulan üzən körpülər sisteminin (JLOTS) tikintisini başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx deyib.

Onun sözlərinə görə, JLOTS-un iki hissəsinin tikintisi başa çatıb və konstruksiya dənizə yekun köçürülməsini gözləyir.

O əlavə edib ki, hələlik əlverişsiz hava şəraiti - külək və güclü dəniz dalğaları hərbçilərə körpünü hərəkət etdirməyə və onu Qəzza zolağının sahili yaxınlığında saxlamağa mane olur, ona görə də bütün konstruksiya hələ də Aşdod limanında dayanıb. Pentaqon onun “bu həftənin sonunda” yerləşdiriləcəyinə ümid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti