...

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

İdman Materials 8 May 2024 06:27 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin "Çelsi" komandasında mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Trend xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında bildirilib.

Məlumata əsasən, bu ada səsvermə nəticəsində Kol Palmer layiq görülüb.

Qeyd edək ki, K. Palmer bu mövsüm "Çelsi"nin heyətində 45 matçda 26 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti