...

Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər ələ keçib

Cəmiyyət Materials 8 May 2024 10:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Trend-ə verilənx xəbərə görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Murad Əliağazadə müəyyən olunaraq saxlanılıb.

Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Hikmət Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti