...

ADY qatarları ilə səfər edənlərin sayı artıb

İqtisadiyyat Materials 8 May 2024 10:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21,4 % artaraq 684,862 minə çatıb.

Trend ADY-yə istinadən xəbər verir ki, apreldə səfər edənlərin 95,8 %-i və ya 656,269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6,3 % artaraq 24,975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2,2 dəfə artaraq 3,618 minə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti