...

Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin mühüm hissəsi olacaq - Çinli ekspert

İqtisadiyyat Materials 8 May 2024 09:59 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqiiyyat Dəhlizi (TBND və ya Orta Dəhliz) yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi olacaq.

Bu barədə Trend-ə Çinin Təhlil İnstitutunun baş elmi əməkdaşı Din Tsyanvey məlumat verib.

“Yaxın gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi yeni sürətli inkişaf silsiləsinə daxil olacaq, Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək və qlobal tədarük zəncirinin mühüm hissəsi olacaq. Bu nəqliyyat marşrutunda daha çox ölkələr iştirak edəcək, yükdaşıma həcmi isə mühüm dərəcədə artacaq”, - o deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin gələcək inkişafı hamar olmayacaq və çox sayda risk və problemlərlə qarşılaşacaq.

“Buna qaçılmaz olaraq geosiyasi, xüsusilə şəxsi geosiyasi ambisiyalarını üstün tutan müxtəlif qüvvələrin təsirinə məruz qalacaq. Dominantlıq uğrunda mübarizə daha da güclənəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Xəbər lenti

Xəbər lenti