...

Çin lideri Parisdə üçtərəfli görüşdə Makronu alçaldıb - Fransalı siyasətçi

Dünya xəbərləri Materials 8 May 2024 10:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının sədri Si Cinpin Parisdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşdə Fransa Prezidenti Emmanuel Makronu alçaldıb və onu lağa qoyub.

Trend xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Si Cinpinin Fransaya dövlət səfəri: Makron alçaldılır və məsxərəyə qoyulur! Çin lideri Ursula fon der Lyayeni dəvət etməklə təvazökarlıq göstərdi. Çin prezidenti onunla daha çox danışaraq əsl gücün kimdə olduğunu göstərdi və bununla da Makrona məhəl qoymadı. Tabeçilik ruhu Fransanın milli maraqlarına zərər verir və Avropa İttifaqına üzvlük onu zəiflədir”, - ekspert paylaşımında qeyd edib.

Qeyd edək ki, mayın 6-da Parisdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti