...

Elçin Əmirbəyov İsrail XİN nümayəndəsi ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Siyasət Materials 8 May 2024 10:25 (UTC +04:00)
Elçin Əmirbəyov İsrail XİN nümayəndəsi ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Trend xəbər verir ki, bu barədə İsrail XİN-in nümayəndəsi Aliza Bin-Nun “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmimi görüşümüz oldu. Müzakirələr zamanı əsasən ikitərəfli və regional məsələlərə toxunulub, Cənubi Qafqaz və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirilib”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti