Bakı. Trend:
İsveçin Smoland vilayətində NATO-nun təlimi zamanı 11 hərbçi paraşütlə tullanmalar zamanı yaralanıb.
Trend-in məlumatına görə, bu barədə İsveçin "Aftonbladet" qəzeti İsveç ordusunun əlaqə qərargahına istinadən bildirib.
Sınıqları olan əsgər Linçepinq və Yençepinq şəhərlərindəki xəstəxanalara aparılıb. Yaralılardan 9-u helikopterlə xəstəxanalara aparılıb. Xəsarət alanlar ABŞ, Macarıstan və İtaliya vətəndaşlarıdır.
Ümumilikdə, "Swift Response Exercise Swift Response" təlimləri çərçivəsində keçirilən paraşüt ilə təlimdə 600-800 əsgər iştirak edib.