...

Ulu Öndər Heydər Əliyevin tək Azərbaycanda deyil, keçmiş SSRİ ərazisində də tarixi xidmətləri olub - Baş Prokuror

Siyasət Materials 8 May 2024 10:10 (UTC +04:00)
Ulu Öndər Heydər Əliyevin tək Azərbaycanda deyil, keçmiş SSRİ ərazisində də tarixi xidmətləri olub - Baş Prokuror
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin nəhəng fəaliyyəti olub.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyəti tək ölkə daxilində deyil, onun ölkə xaricində də geniş olub.

“Ulu Öndərin tək Azərbaycanda deyil, keçmiş SSRİ ərazisində də tarixi xidmətləri olub. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi bir dövrdə H.Əliyevin xidmətləri nəticəsində BAM-ın tikintisi başa çatdırıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi”, - o əlavə edib.

Qeyd edək ki, Baş Prokurorluqda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları ilə yanaşı, Milli Məclisin Sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və digər deputatlar, eləcə də media nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti