Bakı. Trend:
Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb.
Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Olardan heroin və metamfetamin aşkarlanıb.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.