...

Ulu Öndərin Azərbaycan torpaqlarının azad olunacağına əminliyi var idi - Kamran Əliyev

Siyasət Materials 8 May 2024 10:36 (UTC +04:00)
Ulu Öndərin Azərbaycan torpaqlarının azad olunacağına əminliyi var idi - Kamran Əliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyevin tarixi çıxışlarına nəzər salsaq, Ulu Öndərin Azərbaycanın bu gününü planladığını görə bilərik.

Trend xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycan torpaqlarının azad olunacağına əminliyi var idi.

“Bu gün Azərbaycanın əldə etdiyi uğurların, qələbələrin təməli Ulu Öndər tərəfindən həmin dövrlərdə atılmışdı.

Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələ başlandı”, - o qeyd edib.

Qeyd edək ki, Baş Prokurorluqda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları ilə yanaşı, Milli Məclisin Sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və digər deputatlar, eləcə də media nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti