...

Səhiyyə Nazirliyi "quş qripi" virusunun qarşısının alınması üzrə Dövlət komissiyasının yaradılması barədə prezidentin sərəncamı çərçivəsində tədbirlər planı hazırlayıb

Cəmiyyət Materials 17 Fevral 2006 14:09 (UTC +04:00)

Səhiyyə Nazirliyi "quş qripi" virusunun qarşısının alınması üzrə Dövlət komissiyasının yaradılması barədə prezidentin sərəncamı və bu sahədə bütün strukturların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə tədböirlər planı hazırlayıb. Trend in məlumatına görə, bu barədə fevralın 17-də jurnalistlərə səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, fevralın 17-də ölkənin Nazirlər Kabinetində bu məsələyə aidiyyatı olan bütün dövlət orqanlarının iştirakı ilə iclas keçirilib.

O.Şirəliyev qeyd edib ki, Səhiyyə Nazirliyinin planı virusun ölkə əhalisi arasında yayılmasının qarşısının alınması üzrə tədbirlərə yönəldilib.

"Hazırda Səhiyyə Nazirliyi virusun yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçirib, həm paytaxtda, həm də Azərbaycanın regiolnlarında tibbi müəssisələr ayrılıb, tibb işçiləri üçün treninqlər keçirilib, dövlət büdcəsindən ayralın vəsaitin hesabına xüsusi müdafiə kostyumları və tibbi dərmanlar alınıb", - deyə nazir qeyd edib.

Prezidentin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının tərkibinə baş nazirin birinci müavini Abbas Abbasov (Dövlət komissiyasının sədri),kənd təsərrüfatı naziri İsmət Abbasov, iqtisadi inkişaf naziri Heydər Babayev, ekologiya və təbii ehğtiyatlar naziri Hüseynqulu Bağırov, maliyyə naziri Əvəz Ələkbərov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, daxili işlər naziri Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, prezidentin İcra Aparatının yerli özünüidarənmə orqanları ilə iş və regional idarəetmə üzrə şöbəsinin müdiri Zeynal Naqdəliyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov daxildir.

Xəbər lenti

Xəbər lenti