...

Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar

İdman Materials 13 Aprel 2017 14:01 (UTC +04:00)
Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar.
Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar

Bakı. Trend:

Bədii gimnastika üzrə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə (11-13 aprel) çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız yalnız Rusiya və İsrail komandasından geri qalaraq bürünc medal əldə ediblər.

Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti