...

Bakı-2017: Boksçumuz qızıl medalın bir addımlığında

İdman Materials 17 May 2017 14:08 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçumuz finala yüksəlib.
Bakı-2017: Boksçumuz qızıl medalın bir addımlığında

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçumuz finala yüksəlib.

Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Kamran Şahsuvarlı yarımfinalda mərakeşli rəqibi Yuness Qarrumidən üstün olub - 5:0.

Sabah keçiriləcək final qarşılaşmasında K.Şahsuvarlının rəqibi qazaxıstanlı Tursınbay Kulahmet olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti