...

Xoruzlu kəndinə təbii qazın verilişi bərpa edilib

İqtisadiyyat Materials 27 Sentyabr 2016 10:59 (UTC +04:00)
Tərtərin Xoruzlu kəndinə təbii qazın verilişi bərpa edilib.
Xoruzlu kəndinə təbii qazın verilişi bərpa edilib

Bakı. Trend:

Tərtərin Xoruzlu kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Tərtər rayonunun Xoruzlu kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 308 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19276 metr uzunluğunda pilietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti