...

İran parlamenti “Xudafərin” sazişini ratifikasiya etdi

İqtisadiyyat Materials 27 Dekabr 2016 18:00 (UTC +04:00)
Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi bu yaxınlarda İran parlamenti tərəfindən ratifikasiya edilib.
İran parlamenti “Xudafərin” sazişini ratifikasiya etdi

Bakı. Trend:

“Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası” Sazişi bu yaxınlarda İran parlamenti tərəfindən ratifikasiya edilib. Sazişin siyasi və iqtisadi əhəmiyyəti böyükdür”.

Trend-in məlumatına görə, bu barədə dekabrın 27-də Bakıda keçirilmiş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş 2016-cı il fevralın 23-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti