...

"AtaBank"ın UBER ilə aksiyası davam edir

İqtisadiyyat Materials 12 Yanvar 2017 12:25 (UTC +04:00)
“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin birgə reklam aksiyası davam edir.
"AtaBank"ın UBER ilə aksiyası davam edir

Bakı. Trend:

“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin birgə reklam aksiyası davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya şərtlərinə görə “AtaBank”ın MasterCard Gold və MasterCard Platinum kart sahibləri üçün UBER Selectdə qeydiyyatdan keçib 10 AZN-ə qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər. UBER Select aksiyası 1 fevral 2016-cı il tarixinədək etibarlıdır.

Aksiya iştirakçısı olmaq üçün mobil telefona “Uber”əlavəsini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, AtaBank “MasterCard” kartları vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində MasterCardBaku promo kodunu daxil edib lazımi ünvana sifariş vermək gərəkdir.

Keçiriləcək aksiyada yalnız AtaBank “MasterCard” kartları vasitəsilə “Uber”də qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti