...

Beynəlxalq maliyyə qurumu Azərbaycan bankına kredit ayrılmasını bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2014 12:02 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Turanbank” ASC-yə bankın xırda, kiçik və orta sahibkarlığı (MSME) dəstəkləməsi üçün yeddi milyon dollar məbləğində kreditin ayrılmasını bəyənib.
Beynəlxalq maliyyə qurumu Azərbaycan bankına kredit ayrılmasını bəyənib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Turanbank" ASC-yə bankın xırda, kiçik və orta sahibkarlığı (MSME) dəstəkləməsi üçün yeddi milyon dollar məbləğində kreditin ayrılmasını bəyənib. Trend xəbər verir ki, bu barədə IFC-nin saytında məlumat verilib.

Məlumatda deyilir: "Hazırda tərəflərin kredit sazişini imzalamaları gözlənilir".

Kredit Azərbaycanın qeyri-neft sektorunun inkişafının, bankın fond bazasının şaxələndirilməsi və maliyyələşdirmənin artımı səylərinin, maliyyələşdirmənin məhdudlaşdırılmış imkanları dövründə aktivlərin və passivlərin idarə edilməsinin yaxşılaşdırılması və həmçinin bankın MSME portfelinin artması və MSME üçün maliyyələşdirmədən istifadənin genişləndirilməsinin dəstəklənməsi üçün verilir.

Bu il "Turanbank" mikromaliyyələşdirmənin genişləndirilməsinə 13,5 milyon dollar həcmində xarici borc cəlb edib.

"TuranBank" 1992-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti