...

Kiçik fermerlər Azərbaycanın idxaldan asılılığını azalda bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2014 16:04 (UTC +04:00)
Azərbaycan özünü ərzaqla 78 faiz təmin edir. Trend-in məlumatına görə, bu barədə cümə günü “Oxfam” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə bildirib.
Kiçik fermerlər Azərbaycanın idxaldan asılılığını azalda bilərlər

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan özünü ərzaqla 78 faiz təmin edir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Oxfam" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə bildirib.

O, qeyd edib ki, idxaldan asılılıq 22 faiz səviyyəsindədir: "Bu səviyyənin azaldılması istiqamətində işləmək lazımdır. Bununla yanaşı, əgər tərəvəz, meyvə, ət ilə özünütəminat 80 faiz səviyyəsindədirsə, xammal məhsullarının əksəriyyəti (şəkər - 95 faiz, düyü - 85 faiz, buğda - 44 faiz) xaricdən gətirilir.

Xanım Ş.Əlizadənin sözlərinə görə, bu rəqəmlərin azaldılmasına kiçik fermerlərin inkişafı sayəsində nail olmaq olar: "Kiçik fermer təsərrüfatlarının yerli istehsala marağının artırılması üçün onları inkişaf etdirmək lazımdır. Biz bu məqsədlə "Kiçik fermer təsərrüfatlarının inkişafı vasitəsilə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi" layihəsini həyata keçiririk".

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində məsləhət xidmətlərinin yaradılması haqqında qanun hazırlanır. "Bu qanun yerlərdə bir sıra məsələlərlə bağlı fermerlərə dəstək göstərilməsi və məsləhətləşmələrin aparılması xidmətlərinin yaradılmasına imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti