...

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 20:28 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün treninq keçirilib.
Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzuları üzrə təqdimatlar keçirilib, iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, biznes planların tərtib edilməsi, biznesin növləri və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə, həmçinin iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti