...

2017-ci ildə Azərbaycan məhsullarını ən azı beş beynəlxalq sərgidə təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2016 15:11 (UTC +04:00)
2017-ci ildə Azərbaycan İqtisadiyyat Nazirliyinin xətti ilə sahibkarlar ən azı beş beynəlxalq sərgədə iştirak edə biləcəklər.
2017-ci ildə Azərbaycan məhsullarını ən azı beş beynəlxalq sərgidə təqdim edəcək

Bakı. Azad Həsənli – Trend:

2017-ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə sahibkarlar ən azı beş beynəlxalq sərgidə iştirak edə biləcəklər.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, gələn il azərbaycanlı biznesmenlər Dubay, Moskva, Habsburq və Düsseldorfdakı sərgilərdə öz məhsullarını nümayiş etdirə biləcəklər.

Bu ilin noyabrında Çinin Quançjou şəhərində şərab istehsalçılarının beynəlxalq sərgisi keçiriləcək və ilk ixracat missiyası çərçivəsində Azərbaycan sahibkarları bu sərgidə iştirak edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti