...

Azərbaycan Belarusda milli məhsullar mağazası açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2016 15:33 (UTC +04:00)
2017-ci ildə Belarusda Azərbaycanın ilk milli məhsullar mağazası açılacaq.
Azərbaycan Belarusda milli məhsullar mağazası açacaq

Bakı. Maksim Tsurkov - Trend:

2017-ci ildə Belarusda Azərbaycanın ilk milli məhsullar mağazası açılacaq. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Belarusa səfəri zamanı müzakirə olunub.

Səfir Belarusda Azərbaycan ticarət evlərinin açılması barədə müzakirələrin davam etdiyini deyib:

“İlk mağaza 2017-ci ildə açılacaq. Artıq Azərbaycan məhsullarının Belarusa tədarükü üzrə 40-dan çox müqavilə imzalanıb.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti