...

Yükdaşıma qiymətləri 12 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2017 11:11 (UTC +04:00)
Nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4 faiz artıb.
Yükdaşıma qiymətləri 12 faizdən çox artıb

Bakı. Trend:

Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5 və 2,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7 faiz, dəniz nəqliyyatında 3,0 faiz azalıb, avtomobil nəqliyyatında 8 faiz artıb.

Ölkədaxili yükdaşıma qiymətlərinin isə sabit qaldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti