...

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ VƏ BAKI FOND BİRJASI QİYMƏTLİ KAĞIZLAR BARƏDƏ MÜZAKİRƏLƏRƏ CƏLB EDİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 15:36 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi və Milli Bankı Əlaqələndirmə Şurasının iclasını keçirib. Milli Bankdan Trend ə verilən məlumata görə, tədbirin gedişində qiymətli kağızlar bazarında struktur əməliyyatlarının genişləndirilməsi məsələləri ilə və müxtəlif möhlətli qiymətli kağızların buraxılışı ilə bağlı problemlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Müzakirələrin gedişində sərbəst pul kütləsinin qiymətli kağızlara çevrilməsi, müvafiq maliyyə vasitələrinin işlənib hazırlanması və bu məsələ üzrə normativ bazasının zənginləşdirilməsi sahəsində müvafiq təcrübəni öyrənmək üçün işçi qrupun xarici ölkələrə ezamiyyətə göndərilməsi məqsədəuyğunluğu barədə qərar çıxarılıb.

Eyni zamanda, iclas zamanı qiymətli kağızlar bazarının problemləri müzakirə olunub. Həmçinin qiymətli kağızlar bazarını digər iştirakçılarının fikirlərinin dəqiqləşdirilməsi üçün Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) və Bakı Fond Birjasının (BFB) müzakirələrə cəlb edilməsi qərar alınıb.

Xəbər lenti

Xəbər lenti