...

ICARDA ƏLAQƏLƏNDİRİCİSİ BAKIYA GƏLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 17:00 (UTC +04:00)

ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas)mərkəzinin Orta Asiya və Zaqafqaziya regionları üzrə əlaqələndiricisi
Racendra Paronda Bakıya gəlib.

Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan səfərin gedişində ekspert Genetika, Torpaqşünaslıq institutlarında olmağı, bu institutların mütəxəssislərilə məsələləri, problemləri müzakirə etməyi planlaşdırıb.

O, Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzinin direktoru və həm də ICARDA-nın Azərbaycanda əlaqələndiricisi olan Əsəd Musayevlə də görüşəcək.

Eyni zamanda, kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşdə nəzərdə tutulub. Görüşdə Nazirliklə ICARDA arasında aqrar sahədə gələcək əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Mənzil-qərargahı Aleppoda (Suriya) olan bu mərkəz 1977-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti