...

25-27 SENTƏBRDA BADEN- VYURTTEMBERQİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 20:29 (UTC +04:00)

Sentyabrın 25-27-də Almaniyanın Baden-Vyurttemberq torpağının sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanap gələcək.Bu barədə Trend agentliyinə Almaniya-Azərbaycan iqtisadi yardım ittifaqında (DAWF) bildirilib.

İlk olaraq nümayəndə heyətinin tərkibinə 15 orta biznes müəssisəsinin nümayəndəsi qatılacaq.Onlar alüminium örtüyü, kimyəvi maşınqayırma, avtomobil park sistemi, metal texnikası tikinti materialları, tibbi avadanlıq, boru kəmərləri sistemi sahələrini təmsil edəcək.Bunların arasında Fischer, Protek, Sauter, Barit, Layher, Iacono və d. şirkətlər vardır. DAWF onlar üçün iyulun 26-da biznes-forum keçirmək niyyətindədir.

Nümayəndə heyətinə Baden-Vyurttemberqin iqtisadiyyat nazirinin müavini d-r Xorst Mexrlender başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti