...

MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI KOALİSİYASI NEFT GƏLİRLƏRİ ÜZƏRİNDƏ MONİTORİNQİ DAVAM ETDİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 15:32 (UTC +04:00)

Avqustun 4-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri media nümayəndələri ilə görüş keçiriblər. Trend in məlumatına görə, Koalisiya rəhbərlərindən Sabit Bağırov, Qubad İbadoğlu, Oqtay Güləliyev, Sevgim Rəhmanov, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmuş Azərbaycanda bu sahədə görülən işlər, neft gəlirləri üzərində şəffaflıq məsələləri barədə danışıblar.

Koalisiyanın əlaqələndiricisi Sabit Bağırov Azərbaycanda neft gəlirlərinin ildən-ilə artacağını, 2009-cu ildə bu gəlirin çəkisinin 75 faizə çatacağını deyib. Onun sözlərinə görə, neft gəlirlərin istifadə olunması, bu vəsaitin sərf edilməsi üzərində ictimai nəzarət vacibdir.

Çünki neft gəlirlərindən istifadənin Norveç, yoxsa Nigeriya modelinin Azərbaycanda tətbiq ediləcəyi hələ məlum olmadığından mədən sənayesi gəlirlərinin düzgün sərf olunması təcrübəsi qazanılmalıdır.

2009-cu ildə Neft Fonduna təkcə bir il ərzində1 milyard dollar gəlir daxil olacağını proqnozlaşdıran S.Bağırov qeyd edib ki, böyük gəlirlərin müqabilində bir neçə risk amilləri də var.

2010-cu ildən başlayaraq neft hasilatının aşağı enəcəyini deyən S.Bağırovun fikrincə, xərclərin tempinin də aşağı salınması çətinləşəcək. "Neft Fondunda toplanan vəsaitlərin xərclənməsində fəsadlar yaranmaması üçün qeyri-neft sektoru inkişaf etməlidir.

Mənfəət nefti, səmt qazı, bonuslar, akrhesabı ödənişlər, vergilər, icarə haqqı, sosial vergilər, tranzit tarifləri kimi gəlir növləri xeyli qazanc gətirəcək və bu vəsaitlər dövlət büdcəsində və ayrı-ayrı müvafiq dövlət qurumlarında cəmləşəcək.

Azərbaycanda toplam mənfəət neftinə gildikdə, neftin bir bareli 45 dollardan hesablandıqda 2029-cu ilə qədər Neft Fondu 140 milyard dollar əldə edə bilər"-deyə S.Bağırov bildirib.

Qeyd edək ki, Azərbaycan 2003-cü il 17 iyunda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub, 13 noyabrda Nazirlər Kabinetinin qərarı ilə Hökumət Komissiyası yaradılıb, 2004-cü il 13 mayda Azərbaycan QHT-lərinin Koalisiyası yaradılıb, hökumət, yerli-xarici şirkətlər və QHT-lərin birgə Memorandumu imzalanıb.

Qubad İbadoğlu bildirib ki, neftdən gəlirlərin əldə olunmasından daha vacib bu vəsaitlərində idarəolunması məsələsidir. Yanacaq-energetika sahəsində islahatlar aparılmadığını deyən Q.İbadoğlu hesab edir ki, neft gəlirlərinin çoxalması ümumdaxili məhsulla bağlı anormal durum yarada bilər, həmçinin işsizlik və inflyasiya problemi qala bilər.

Koalisiya üzvləri media orqanlarını mədən sənayesində şəffaflığın təmin olunması işində yaxından iştirak etməyə, bu quruma qoşulmağa çağırıb.

Neft gəlirlərinin və onun idarəolunması, bu vəsaitlərin xərclənməsi üzərində monitorinq aparmağa xidmət edən Koalisiyanın hər həftə keçirilən Şura iclasında media nümayəndələrini də iştiraka dəvə ediblər.

Xəbər lenti

Xəbər lenti