...

MİLLİ BANK YANVARIN 1-DƏN YENİ BANKLARIN MİNİMAL NİZAMNAMƏ KAPİTALINA TƏLƏBLƏRİN İKİQAT ARTIRILMASINA DAİR QƏRAR QƏBUL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 17:52 (UTC +04:00)

Azərbaycan Milli Bankı yeni bankların minimal nizamnamə kapitalına tələblərin ikiqat artırılmasına dair qərar qəbul edib. Milli Bankda Trend ə bildirildiyi kimi, 2006-cı il yanvarın 1-dən yeni açılmış bankların kapitalına olan tələblər 50 mlrd manata qədər artırılacaq. Hazırda bu məbləğ 25 mlrd manatdır.

Milli Bankın idarə heyəti həmçinin fəaliyyət göstərən bankların minimal ümumi kapitalının 2006-2007-ci illərdə yeni açılmış bankların nizamnamə kapitalının normativllərinə uyğunluğuna dair qərar qəbul edib.

2004-cü il mayın 3-də Milli Bank kapitalların minimal həcminə olan tələblərin artırılması planını təsdiq edib. Tələblər nizamnamə kapitalına deyil, ümumi kapitala şamil ediləcək: 2005-ci il yanvarın 1-də $3,5 mln, 2006-cı il yanvarın 1-də - $5 mln. Milli bankın hesablamalarına görə, ölkədə fəaliyyət göstərən 42 bankdan 17-sinin kapitalı $5 milyonu keçir.

Milli Bankda həmçinin onu da qeyd ediblər ki, AMB bank sisteminin inkişafında strateji hədəf kimi bankların kapital bazasının möhkəmləndirilməsində daim təşəbbüs göstərir.

"Yaxşı kapitallaşdırılmış bank sistemi iqtisadi inkişafı fəal surətdə dəstəkləmək qabiliyyətinə malikdir", - deyə MBA-nın məlumatında bildirilib.

İri neft gəlirlərinin ölkəyə axını, bu vəsaitlərin maliyyə-bank sistemi ilə qeyri-neft sektoruna transformasiyası bank sisteminin kapitallaşdırılmasını daha əhəmiyyətli edir.

Bank hesab edir ki, daha çox kapitallaşdırma üçün minimal kapital üzrə normativin artırılması bank sisteminin iqtisadi əhəmiyyətinin artmasında əsas addım olacaq.

Xəbər lenti

Xəbər lenti