Sentyabrın 7-də Gəncə avtomobil zavodu ilk regional nümayəndəliyini açıb.Zavodun direktoru Xanlar Fətiyev eksklüziv olaraq Trend ə bildirib ki, nümayəndəlik Naxçıvan Muxtar Respublikasında (NMR) açılıb.
"Biz NMR-nin icraedici orqanlarına minnətdarıq ki, onun nümayəndələri bizim başladığımız işi dəstəklədilər.Yaxın zamanlarda Naxçıvanda avtomobil salonu açılacaq və Gəncə avtomobil zavodunun avtomobilləri, eləcə də servis mərkəzi təqdim ediləcək " -deyə X.Fətiyev qeyd edib.
Onun sözlərinə görə, hazırda "Oka" avtomobillərinin və Ural avtomobil zavodunun Gəncə avtomobil zavodunda istehsal edilən müxtəlif modifikasiya edilmiş avtomobillərinin çatdırılması məsələləri həll edilir.