...

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ 25 NORMATİV AKT QƏBUL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 16:12 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Mülki Məcəlləyə dəyişikliklərin qəbul olunduğu andan etibarən 25 normativ akt qəbul edib. QKDK-dan Trend ə verilən məlumata görə, bu aktlar MM-ə düzəlişlərin edilməsi ilə bağlıdır.

"Hazırda biz bu işi başa çatdıraraq bütün lazımi normativ aktları qəbul etmişik. Bu gün biz informasiya təhlükəsizliyi qaydaları və xidməti informasiyanının saxlanılması və istifadəsi qaydaları üzərində işləyirik.

Bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üçün nəzərdə tutulmuş daxili sənəd, komitə işçiləri üçün isə xidməti informasiyanın saxlanılması və istifadəsi məsələlərini tənzimləyən təlimat olacaq", - deyə QKDK-da bildirilib.

Mülki Məcəllədə qiymətli kağızlar və səhmdar cəmiyyətlərlə bağlı edilən düzəlişlər 1 aprel 2004-cü il tarixində qəbul olunub.

Xəbər lenti

Xəbər lenti