...

2005-ci ilin sonuna kimi Azərbaycanda TUSİAB tərəfindən ayrılan investisiyaların həcmi $3 mlrd təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 14:14 (UTC +04:00)

2005-ci ilin sonuna kimi Beynəlxalq Azərbaycan-Türkiyə Sənayeçiləri və İş Adamları Birliyinin (TUSİAB) Azərbaycana ayırdığı investisiyaların həcmi $3 mlrd təşkil edəcək. Bu barədə Trend ə TUSIAB-ın idarə heyətinin sədri Bataçar Baysal məlumat verib.

Onun sözlərinə görə, hazırda TUSIAB-ın 250 üzvü tərəfindən maliyyələşdirmənin əsas hissəsi həyata keçirilib. Azərbaycandakı türkiyəli sahibkarlar iqtisadiyyatın inşaat, sənaye və digər sahələrində fəaliyyət göstərirlər.

B.Baysal onu da bildirib ki, gələn il bir sıra iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub ki, bu da investisiyaların həcminə əhəmiyyətli dərəcədə təsir edəcək. "Bundan başqa biz Azərbaycanda çalışan türkiyəli sahibkarların problemlərinin həllinə də kömək edirik",- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti