...

Azərbaycan prezidenti "Birdəfəlik rüsum haqqında" "Qanunun qüvvəyə minməsinə dair parlamentin qərarının qüvvədən düşməsinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 13:11 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev "Bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi və "Birdəfəlik rüsum haqqında" "Qanunun qüvvəyə minməsinə dair Milli Məclisin qərarının qüvvədən düşməsinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi və parlamentin 28 mart 1995-ci il tarixli qərarının qüvvədən düşməsinin təsdiq edilməsi haqqında qanunun tətbiqinini təmin olunması məqsədilə Nazirlər Kabinetinə bir ay ərzində mövcud qanunvericilik aktlarnın yuxarıda qeyd olunmuş qanunla uyğunlaşdırılmasına dair təkliflər hazırlayaraq prezidentə təqdim etmək, Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını bu qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, öz səlahiyyətləri çərçivəsində qanundan irəli gələn məsələləri həll etmək tapşırılır.

Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti