Lizinq Şirkətləri Assosiasiyasının təklifləri Azərbacanın 2006-cı il dövlət büdcəsində əks olunub. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 22-də jurnalistlərə Assosiasiyanın idarə heyətinin sədri Ceyhun Məmmədbəyli məlumat verib.
"Bizim üç təklifimiz qəbul olunaraq 2006-cı ilin dövlət büdcəsinə daxil edilib. Onlardan biri mənbə vergisinə dair təklifdir. Hazırda xarici ölkələrdən respublikaya avadanlıq gətirilərkən mənbə vergisi bütün əməliyyatın məbləğinin 4%-i həcmində tutulur. Bizim təklifə əsasən, lizinq üçün avadanlığın gətirilməsi zamanı mənbə vergisi marjın 10%-i həcmində tutulacaq. Həmçinin, lizinq faizlərinin lizinq xərclərinin tərkibinə daxil edilməsi ilə bağlı təklifimiz də qəbul olunub", - deyə o qeyd edib.