Baku Steel Company (BSC) şirkətinin öz fəaliyyətini müvəqqəti dayandırması ilə əlaqədar Azərbaycan bazarında armatur qıtlığı olmayacaq. Bu barədə Trend Baku Steel Company (BSC) şirkətinin rəhbəri Paolo Pərvizə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hazırda müəssisə 10 günlük armatur ehtiyatlarına malikdir və onlar müəssisədə işlərin bərpa olunmasına qədər reallaşdırılacaq.
"Zavodun dayandırılması müəssisəyə itkilər verəcək. Lakin gələn ay ərzində istehsalın artırılması hesabına bu itkilərin yeri doldurulacaq", - deyə BSC rəhbəri bildirib. P. Pərviz qeyd edib ki, zavod Azərbaycan bazarının tələbatının 90%-ni ödəyir.