...

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqladı

Energetika Materials 11 Noyabr 2015 15:36 (UTC +04:00)
Bu il Azərbaycanda neft hasilatının orta səviyyəsi sutkada 0,87 milyon barel təşkil edəcək. 2016-cı ildə də bu göstərici qalacaq.
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqladı

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Aygün Bədəlova/

2015-ci ilin II yarısında Azərbaycanda neft hasilatı ilin I rübündəki göstərici - sutkada 0,86 milyon barelə qarşı sutkada 0,88 milyon barel təşkil edəcək.

Bu barədə Trend ABŞ-ın Enerji İnformasiyası İdarəsinin (EIA) proqnozlarına istinadən məlumat verir.

Bu il Azərbaycanda neft hasilatının orta səviyyəsi sutkada 0,87 milyon barel təşkil edəcək. 2016-cı ildə də bu göstərici qalacaq.

Proqnozlara əsasən, 2016-cı ilin I yarısında Azərbaycanda neft hasilatı sutkada 0,88 milyon barel, II yarısında isə sutkada 0,87 milyon barel olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti