...

Rövnəq Abdullayev: SOCAR 2023-cü ilə qədər Türkiyənin enerji sektorunda investisiya qoyuluşunun 20 faizini həyata keçirəcək (YENİLƏNİB)

Energetika Materials 10 Oktyabr 2016 19:59 (UTC +04:00)
SOCAR 2023-cü ilə qədər Türkiyənin enerji sektoru üçün lazımi investisiya qoyuluşunun 20 faizini həyata keçirəcək.
Rövnəq Abdullayev: SOCAR 2023-cü ilə qədər Türkiyənin enerji sektorunda investisiya qoyuluşunun 20 faizini həyata keçirəcək (YENİLƏNİB)

Bakı. Trend:

SOCAR 2023-cü ilə qədər Türkiyənin enerji sektoru üçün lazımi investisiya qoyuluşunun 20 faizini həyata keçirəcək.

Trend-in məlumatına görə, bunu İstanbuldakı 23-cü Dünya Enerji Konqresində iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib:

"Türkiyənin hədəflərinə görə, 2023-cü ilə qədər bu ölkənin enerji sektoruna investisiya qoyuluşu 100-120 milyard dollara çatmalıdır. SOCAR 18 milyard dollar investisiya ilə bunun 20 faizini təmin edəcək".

R.Abdullayevin sözlərinə görə, dünyanın tələbatı dəyişir və enerji sektoru da bu dəyişikliyə operativ cavab verməlidir.

Dövlət Neft Şirkətinin rəhbəri deyib ki, SOCAR Türkiyə iqtisadiyyatında investisiya qoyuluşuna davam edəcək.

Eyni zamanda R.Abdullayev xatırladıb ki, neftin qiyməti düşəndə bəzi şirkətlər enerji layihələrinin reallaşdırılmasını dayandırdı. Ancaq SOCAR əksinə 45 milyardlıq Cənub Qaz Dəhlizi layihəsini dayandırmadı: “Son 30 ilin ən böyük xarici investisiya yatırımı olaraq STAR neft emalı zavodunu inşa edirik və bu layihə başa çatmaq üzrədir. Bu zavod Türkiyəyə idxalda milyardlara dollar qənaət etməyə imkan verəcək".

R.Abdullayev əlavə edib ki, SOCAR öz fəaliyyətini yalnız neft-qazla məhdudlaşdırmır, TANAP boyu fiber optik kabel çəkilməsi, külək stansiyasının tikilməsi kimi digər layihələr də həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti