...

Bir neçə rayonda qaz olmayacaq- SABAH

Energetika Materials 28 Noyabr 2016 17:56 (UTC +04:00)
Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bir neçə rayonda qaz olmayacaq- SABAH

Bakı. Trend:

Sabah Cəlilabad və Masallı rayonlarının bir hissəsində qaz olmayacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, noyabrın 29-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti