...

ARDNŞ PETROGAS-A TƏYYARƏ YANACAĞININ SATIŞINI MÜVƏQQƏTİ DAYANDIRIB

Energetika Materials 18 İyul 2005 16:46 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın Petrogas şirkətinə "Heydər Əliyev adına" (keçmiş "Azərneftyanacaq") NEZ-nun istehsalı olan TS-1 markalı təyyarə yanacağının göndərilməsini dayandırıb.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, şirkət iyul ayında Petrogas -a təyyarə yapnacağı satmayacaq. Bğelə ki, "Azal" Dövlət Şirkəti (DŞ) bu ay neft məhsullarına olan tələbatı artırıb, ikincisi, bu yanacağın NEZ-da istehsalı neft daşınmalarının azalması üzündən aşağı düşüb.

May ayının sonlarında ARDNŞ Petrogas-la Gürcüstanın Poti və Batumi limanlarından FOB daşınmaları bazisi üzrə 50 min ton təyyarə yanacağı daşınması üzrə müqavilə imzalayıb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Petrogas FOB şərtləri ilə Batumidən 25 min ton həcmində bir tanker partiyası kerosin yükləməli idi.

"Ola bilər ki, avqustda daxili bazarda kerosinin paylanması üzrə vəziyyət dəyişsin və biz PetrogasaTS-1 yanacağının daşınmasını davam etdirək", - deyə ARDNŞ-in nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti