...

Dövlət Neft Şirkəti iki perspektiv dəniz yatağında kəşfiyyat işlərinin dirçəldilməsi üçün xarici şirkətlərlə danışıqlar aparır

Energetika Materials 8 Dekabr 2005 14:52 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Babək" və "Ümid" perspektiv strukturlarda axtarış-kəşfiyyat işlərinə yenidən başlanılması üçün danışıqlar aparır. Bu barədə Trend ə şirkətin nümaynədəsi məlumat verib.

"Babək" strukturu Xəzərin dərinsulu hissəsində yerləşir. ARDNŞ-in isə belə dərin sularda işləmək imkanı yoxdur. "Buna görə də biz bu istiqamətdə təcrübəyə malik olan xarici şirkətləri bu işlərə cəlb etmək istəyirik", - deyə ARDNŞ-in nümayəndəsi bildirib.

O xarici şirkətlərin adlarını çəkməsə də, onların dünyada on ən iri şirkətlərindən olduğunu qeyd edib. "2006-cı ilin I rübündə bu məsələ ilə bağlı konkret nəticələr əldə etmək mümkün olacaq", - deyə o bildirib.

"Əşrəfi" və "Dan ulduzu" perspektiv strukturlarının işlənməsinə toxunan ARDNŞ nümayəndəsi bildirib ki, xarici şirkətlər bir sıra səbəblər üzündən , ilk növbədə, dərinsulu olduqlarına və cəlbedici karbohidrogen ehtiyatlarına malik olmadıqlarına görə maraq göstərmirlər. "Əgər dünya bazarında neftin qiyməti iki dəfə qalxarsa, onda həmin strukturların işlənməsi də maraq doğurar", - deyə o qeyd edib.

Bəzi fikirlərə görə, "Babək" strukturunda karbohidrogen ehtiyatları 300 mln tondan çox ola bilər.

Xəbər lenti

Xəbər lenti