...

DİAL-UP İSTİFADƏÇİLƏRİ ÜÇÜN VAHİD İNTERNET QOVŞAĞININ YARADILMASI ÜZRƏ BÜTÜN TEXNİKİ İŞLƏR BAŞA ÇATIR

Telekommunikasiya Materials 17 Avqust 2005 16:37 (UTC +04:00)

Dial-up internet istifadəçiləri üçün vahid internet qovşağının yaradılması üzrə bütün texniki işlər başa çatır.

Bakı Telefon Rabitəsi İB-dən Trend ə verilən məlumata əsasən, hazırda obyektdə kommunikasiya kanallarının dəyişdirilməsi üzrə işlər aparılır.

İB-də bu istiqamətdə işlərin həftə ərzində başa çatacağı bildirilib.

Qeyd edək ki, qovşağın bir hissəsi artıq istismara verilib və İnternet istifadəçilərinə xidmətlər göstərir.

Bakı şəhərinin bütün abonentlərini özündə birləşdirən bu internet qovşağı Bakı Telefon Rabitəsi İB bazasında yaradılıb və gələcəkdə Xətai Telekommunikasiya Qovşağının sərəncamına veriləcək.

Qovşağın yaradılması zərurəti internet şəbəkəsinə daxil olmaq üçün səsli telefon kanallarından istifadə zamanı telefon xətlərində yüklənmə ilə bağlıdır.

İnternet qovşağının tətbiq olunması ilə internet istifadəçilərinə şəbəkəyə daxil olmaq üçün ATS vasitəsilə internet provayderlərə qoşulan xüsusi kanallar ayrılır.

Xəbər lenti

Xəbər lenti