...

“FINCA Azerbaijan”nın Cəlilabad filialı kredit portfelini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 10:59 (UTC +04:00)
“FINCA Azerbaijan”ın Cəlilabad filialı ölkə üzrə fəaliyyət göstərən 29 filialı arasında ən yüksək kredit portfelinə nail oldu.
“FINCA Azerbaijan”nın Cəlilabad filialı kredit portfelini artırdı

"FINCA Azerbaijan"ın Cəlilabad filialı ölkə üzrə fəaliyyət göstərən 29 filialı arasında ən yüksək kredit portfelinə nail oldu. Filialın kredit portfeli son 1 ildə - 13 %, 2012-ci ilin əvvəlindən isə 3,5 % artaraq 8 000 000 ABŞ dolları ötmüşdür.

Cənub regionunda digər mikro-maliyyə təşkilatları arasında liderlərdən biri olan Cəlilabad filialın müştəri sayı 6800 nəfər təşkil edir. Regionda əsasən təsərrüfat və ticarət ilə məşğul olan orta və kiçik sahibkarlara daha rahat və əlverişli şərtlərlə kreditlərin təqdim edilməsində fəal işi nəticəsində müştərilərin məmnuniyyətini qazanıb.

Müştərilər minimal sənəd təqdim edərək qısa müddət ərzində "FINCA Azerbaijan"ın Cəlilabad filialından Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq və Fərdi Kənd Kredit məhsulları üzrə kreditlər əldə edə bilərlər.

Qeyd edək ki, 2012-ci ilin əvvəlində "FINCA Azerbaijan" kredit məhsullarının faiz dərəcələrini aşağı salmışdır. Kredit məhsulundan asılı olaraq endirimlər illik 3%-dən 6,6%-ə qədər olmuşdur.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti